"Atabank" xalis mənfəətini 7% artırıb

"Atabank" xalis mənfəətini 7% artırıb Bakı. 29 yanvar. REPORT.AZ/ “Atabank” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 625,861 mln. manat təşkil edib.
Maliyyə
29 Yanvar , 2018 09:11
Atabank xalis mənfəətini 7% artırıb

Bakı. 29 yanvar. REPORT.AZ/ “Atabank” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 625,861 mln. manat təşkil edib.

“Report” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 32,45% çoxdur.

“Atabank”ın aktivlərinin 415,423 mln. manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. 2017-ci ildə Bankın kredit portfeli 8,9% böyüyüb.

Hesabat dövründə “Atabank”ın cəmi öhdəlikləri 16,15% artaraq 479,387 mln. manata, o cümlədən depozit portfeli 22,2% artaraq 329,409 mln. manata çatıb. Bunun 248,499 mln. manatı fiziki şəxslərin, 44,91 mln. manatı isə hüquqi şəxslərin depozitləridir. Ötən il əhalinin bankdakı əmanətləri 9,1%, şirkətlərin vəsaitləri isə 7,5% artıb.

İl ərzində “Atabank”ın cəmi kapitalı 2,45 dəfə artaraq 146,474 mln. manat, nizamnamə kapitalı isə 2,4 dəfə artaraq 120,02 mln. manat təşkil edib.

2017-ci ildə “Atabank”ın faiz gəlirləri 47,262 mln. manat (2016-cı ilə nisbətən 3% az), faiz xərcləri 19,991 mln. manat (12% az), qeyri-faiz gəlirləri 8,481 mln. manat (37,9% az), qeyri-faiz xərcləri isə 29,151 mln. manat (33,2% çox) təşkil edib. Son nəticədə bankın xalis əməliyyat mənfəəti 6,601 mln. manat olub ki, bu da illik müqayisədə 62,9% azdır.

Ötən il “Atabank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına əvvəlki illə müqayisədə 68,9% az – 5,189 mln. manat vəsait ayırıb, illik müqayisədə 36,4% çox – 1,05 mln. manat mənfəət vergisi ödəyib. Bununla da, bank 2017-ci ili 362 min manat xalis mənfəətlə başa vurub. Bu, 2016-cı illə müqayisədə 6,5% çoxdur.

Xatırladaq ki, “Atabank” 1993-cü ildə yaradılıb. Onun əsas səhmdarı “Synergy Group” MMC-dir. 

Son xəbərlər

Orphus sistemi