“AtaBank”ın müştəriləri ödənişsiz göz müayinəsindən keçib

“AtaBank”ın müştəriləri ödənişsiz göz müayinəsindən keçib Kampaniyaya Qurban Bayramından sonra start verilib və növbəli şəkildə bankın “Dostluq” və “Nərimanov” filiallarında həyata keçirilib
Maliyyə
22 Sentyabr , 2017 10:33
“AtaBank”ın müştəriləri ödənişsiz göz müayinəsindən keçib

Bakı. 22 sentyabr. REPORT.AZ/ “AtaBank” ASC-nin 500-ə yaxın müştərisi Korporativ Sosial Məsuliyyət çərçivəsində təşkil olunmuş kampaniya hesabına ödənişsiz göz müayinəsindən keçib.

“Report” Banka istinadən xəbər verir ki, müştərilərə gözlərini tam müayinə etdirmək üçün 2 həftəlik fürsət verilib.

Kampaniyaya Qurban Bayramından sonra start verilib və növbəli şəkildə “Atabank”ın “Dostluq” və “Nərimanov” filiallarında həyata keçirilib. Kampaniya müddətində müayinədən keçə bilməyən müştərilər istənilən vaxt klinikada 15%-lik endirimlə müayinə oluna bilərlər. Bundan əlavə, göz əməliyyatına ehtiyacı olan “AtaBank” müştəriləri “Dünyagöz” xəstəxanasından 10% endirim əldə edə bilərlər. Bunun üçün ödənişi sadəcə “Atabank”ın “Visa” və yaxud “Mastercard” plastik kartları vasitəsi ilə həyata keçirmək kifayətdir.

“AtaBank” korporativ idarəetmə standartları çərçivəsində cəmiyyət, müştərilər və işçiləri qarşısında olan korporativ sosial məsuliyyətinə daim önəm verir. 

Son xəbərlər

Orphus sistemi