"AtaBank"ın aktivləri son bir ildə 55% artıb

"AtaBank"ın aktivləri son bir ildə 55% artıb Bankın ROA və ROE əmsalları müvafiq olaraq 2,18% və 23,48% təşkil edib
Maliyyə
26 Yanvar , 2015 13:50
AtaBankın aktivləri son bir ildə 55% artıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycanın "AtaBank" ASC-nin aktivləri 2014-cü ildə 54,8% artaraq cari ilin əvvəlinə 580,3 mln. manata çatıb.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, aktivlərin əsas hissəsini təşkil edən kredit portfelində artım 91,4% olub və 2015-ci il yanvarın 1-nə kredit portfeli 462,7 mln manat təşkil edib.

Hesabat ilində Bankın depozit portfeli 60,3% artaraq 511 mln. manata çatıb. Müddətli depozitlərin həcmi 80,8% artaraq 441,4 mln. manat olub.

Təhlil olunan dövrün sonunda Bankın xalis mənfəəti 7,6 mln. manat təşkil edib.

İlin yekunlarına əsasən, "AtaBank"ın ROA və ROE əmsalları müvafiq olaraq 2,18% və 23,48% təşkil edib.

Qeyd edək ki, 2014-cü ilin sonuna Bankın bankomatlarının sayı 78, şəbəkəsinə qoşulmuş POS-terminalların sayı isə 18 567 ədəd olub.

Hazırda "PricewaterhouseCoopers" beynəlxalq audit şirkəti Bankın 2014-cü il üzrə maliyyə təsərrüfat göstəricilərinin auditini keçirir.

Son xəbərlər

Orphus sistemi