“Atabank” bu ilin ilk 9 ayını mənfəətlə başa vurub

“Atabank” bu ilin ilk 9 ayını mənfəətlə başa vurub “Atabank” ASC bu ilin yanvar-sentyabr aylarını 22 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə
16 Oktyabr , 2019 14:25
“Atabank” bu ilin ilk 9 ayını mənfəətlə başa vurub

“Atabank” ASC bu ilin yanvar-sentyabr aylarını 22 min manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 74,4% azdır.

9 ay ərzində “Atabank”ın gəlirləri 28,341 milyon manat (illik müqayisədə 19,8% az), xərcləri 33,31 milyon manat (9,7% az), xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti isə 4,991 milyon manat (3,1 dəfə çox) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.

Bu il oktyabrın 1-nə “Atabank”ın aktivləri 532,074 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,7% azdır. Bunun 341,465 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 16,1% kiçilib.

Hesabat dövründə “Atabank”ın öhdəlikləri 12,4% azalaraq 389,438 milyon manata, o cümlədən depozit portfeli 6,2% azalaraq 286,268 milyon manata, balans kapitalı isə 1,3% azalaraq 142,636 milyon manata düşüb.

Xatırladaq ki, “AtaBank” 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 120,02 milyon manatdır. Bankın səhmlərinin 86%-i daxil olduğu “Synergy Group” MMC-yə, 9,26%-i Əşrəf Kamilova (“Synergy Group”un 99%-lik səhmdarı, “Ata Holdinq” MMC-nin Müşahidə Şurası sədrinin I müavini), 4,74%-i isə Mahir Rəfiyevə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi