Asiya İnkişaf Bankı ilə Azərbaycanda iqtisadi islahatlar müzakirə olunub

Asiya İnkişaf Bankı ilə Azərbaycanda iqtisadi islahatlar müzakirə olunub Görüşdə ADB-nin Azərbaycanda Ölkə üzrə Diaqnostik Tədqiqat sənədinin hazırlanması məsələsinə toxunulub
Maliyyə
6 Oktyabr , 2017 18:45
Asiya İnkişaf Bankı ilə Azərbaycanda iqtisadi islahatlar müzakirə olunub

Bakı. 6 oktyabr. REPORT.AZ/ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankının (ADB) nümayəndə heyətini qəbul edib. 

Bu barədə “Report”a Mərkəzdən məlumat verilib.

Bankın İqtisadi Tədqiqatlar direktoru Edmon Gintinq, iqtisadçı Eymi Hampel-Milagrosa və menecer Əziz Heydərovun daxil olduğu nümayəndə heyətinə ölkədə aparılan iqtisadi islahatlar və Strateji Yol Xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri barədə məlumat verilib.

Görüşdə ADB-nin Azərbaycanda Ölkə üzrə Diaqnostik Tədqiqat sənədinin hazırlanması məsələsinə toxunulub. Müzakirələr zamanı insan kapitalı, məhsuldarlıq, ticarətin inkişafı üzrə islahatlar, ölkənin ortamüddətli inkişaf strategiyası ilə yanaşı, ADB-nin Azərbaycan üzrə 2019-2023-cü illər üzrə hazırlanacaq Ölkə Tərəfdaşlıq Strategiyasının prioritet istiqamətlərinə də toxunulub.

Son xəbərlər

Orphus sistemi