Yuxarı
    Bağlamaq

    Asiya İnfrastruktur İnvestisiya Bankı üzvlərinin sayını 70-ə çatdıracaq

    Banka üzv olmaq üçün 13 ölkə müraciət edib

    Bakı. 25 mart. REPORT.AZ/ Asiya İnfrastruktur İnvestisiya Bankına (AIIB) üzv olmaq üçün 13 ölkə müraciət edib.

    Bankın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, həmin dövlətlərdən 5-i regional, 8-i isə qeyri-regional ölkələrdi.

    Məlumata görə, regional ölkələr arasında Əfqanıstan, Ermənistan, Fici, Honk-Kong (Çin) və Timorun adı yer alıb. Namizədliyi qeydə alınan qeyri-regional ölkələr isə Belçika, Kanada, Efiopiya, Macarıstan, İrlandiya, Peru, Sudan Respublikası və Venesueladır.  

    AIIB-in preizdenti Cin Liqun (Jin Liqun) deyib ki, bununla da bankın üzvlərinin sayı 70-ə çatacaq: “Biz çox sevinirik ki, bütün qitələrdən banka üzvlər qəbul edilib”.

    Xatırladaq ki, 2015-ci il iyunun 29-da Pekində 57 ölkə AIIB-in yaradılması üçün müqavilə imzalayıb. Azərbaycan tərəfindən bu müqaviləyə maliyyə naziri Samir Şərifov imza atıb. Rəsmi Bakının üzvlüyü isə 2016-cı il iyunun 24-də ratifikasiya edilib.

    Azərbaycanın bankdakı iştirak payı 254,1 mln. ABŞ dolları yaxud 0,2763% səviyyəsindədir. Hazırda Azərbaycanın səsvermə hüququ 5 635 səs yaxud 0,5215% həddindədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi