Yuxarı
    Bağlamaq

    “ASAN kommunal” sistemləri kredit bürosuna inteqrasiya oluna bilər

    Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri bildirib

    Bakı. 19 sentybar. REPORT.AZ/ “ASAN kommunal” sistemləri Azərbaycanda yaradılması kredit bürosuna inteqrasiya oluna bilər. 

    “Report”un verdiyi xəbərə görə, bu barədə qanun “Kredit Büroları haqqında” qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugün keçirilən iclasında müzakirəsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) direktorlar şurasının sədri Rüfət Aslanlı bildirib.

    “Qanunvericiliyə əsasən kredit bürosunda təkcə bankların deyil, kommunal xidmətlər göstərən kütləvi təşkilatların da tarixçəsinin toplanması öz əskini tapıb. “ASAN kommunal” sistemi də kredit bürosuna inteqrasiya oluna bilər" - deyə o, qeyd edib.

    Qeyd edək ki, “Kredit büroları haqqında” qanun layihəsi müazakirədən sonra plenar iclasa tövsiyə olunub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi