"ASAN Finans" bütün maliyyə sektorunu əhatə edəcək

"ASAN Finans" bütün maliyyə sektorunu əhatə edəcək Bakı. 19 fevral. REPORT.AZ/ ASAN Finans sistemi bu günə qədər 14 maliyyə təşkilatı ilə müqavilə bağlayıb.
Maliyyə
19 Fevral , 2019 11:38
ASAN Finans bütün maliyyə sektorunu əhatə edəcək

Bakı. 19 fevral. REPORT.AZ/ "ASAN Finans" sistemi bu günə qədər 14 maliyyə təşkilatı ilə müqavilə bağlayıb.

"Report" xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov bildirib. 

Onun sözlərinə görə, bu məsələdə heç bir məhdudiyyət yoxdur və tədricən bütün maliyyə təşkilatları ilə müqavilə bağlanılacaq. 

Direktor maliyyə qurumlarını bu istiqamətdə addım atmağa da çağırıb: "Ümid edirik ki, bundan sonra bizimlə müqavilə bağlayacaq təşkilatların sayı artacaq". 

Son xəbərlər

Orphus sistemi