Arif Quliyev: "Banklar xidmət və malların konkret siyahısını müəyyənləşdirməlidir"

Arif Quliyev: "Banklar xidmət və malların konkret siyahısını müəyyənləşdirməlidir" "PwC Azerbaijan" hesab edir ki, yeni vergi dəyişiklikləri banklar üçün əlavə problemlər yaradacaq
Maliyyə
10 Yanvar , 2017 14:45
Arif Quliyev: Banklar xidmət və malların konkret siyahısını müəyyənləşdirməlidir

Bakı. 10 yanvar. REPORT.AZ/ "Vergi Məcəlləsinə edilən ən mühüm dəyişiklik transfer qiymətləri ilə bağlıdır".

"Report" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat-konfransında "PwC Azerbaijan" şirkətinin vergi məsələləri üzrə direktoru Arif Quliyev deyib. 

Onun sözlərinə görə, bu dəyişikliklər ölkədəki kommersiya banklarına əlavə problemlər yaradacaq: "Bankların üzərinə öhdəlik qoyulub ki, pul kisələrinə vəsait köçürülən zaman 10% vergi tutulsun. Bu, onlar üçün əlavə problem yaradacaq. Banklar xidmət və malların konkret siyahısını müəyyən etməlidir".

"PwC Azerbaijan" rəsmisi deyib ki, Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərdə bəzi açıq məqamlar qalıb: "Bu, xüsusən də 168-ci maddə ilə bağlıdır".

Son xəbərlər

Orphus sistemi