Argentinada "faiz endirimi" davam edir

Argentinada "faiz endirimi" davam edir Argentina Mərkəzi Bankı (AMB) ölkə iqtisadiyyatında canlanma yaratmaq üçün uçot dərəcəsini daha 4 faiz bəndi azaldaraq 40%-ə endirib.
Maliyyə
20 Fevral , 2020 12:51
Argentinada faiz endirimi davam edir
Argentina Mərkəzi Bankı / Reuters

Argentina Mərkəzi Bankı (AMB) ölkə iqtisadiyyatında canlanma yaratmaq üçün uçot dərəcəsini daha 4 faiz bəndi azaldaraq 40%-ə endirib. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, bu, ötən ilin dekabr ayında Alberto Fernandezin prezident seçilməsindən və Migel Pecenin AMB rəhbəri təyin edilməsindən sonra 7-ci "faiz endirimi"dir. 

Xatırladaq ki, AMB-nin keçmiş rəhbəri inflyasiya ilə mübarizə aparmaq üçün ucot dərəcəsini 84%-ə qaldırmışdı.

Son xəbərlər

Orphus sistemi