ARDNF: Xam neftin qiymətinin baza qiymətindən yüksək olması aktivlərin daha çox artmasına şərait yaradır

ARDNF: Xam neftin qiymətinin baza qiymətindən yüksək olması aktivlərin daha çox artmasına şərait yaradır Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bu il üçün təsdiq olunmuş büdcəsində xam neftin baza qiyməti onun dövlət büdcəsində nəzərdə tutulmuş qiyməti ilə eyni səviyyədə - 55 ABŞ dolları götürülüb. Xam neftin qiymətinin baza qiymətindən yüksək olması Fondun aktivlərinin daha çox artmasına şərait yaradır.
Maliyyə
3 Noyabr , 2018 10:36
ARDNF: Xam neftin qiymətinin baza qiymətindən yüksək olması aktivlərin daha çox artmasına şərait yaradır

Bakı. 3 noyabr. REPORT.AZ/ "Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) bu il üçün təsdiq olunmuş büdcəsində xam neftin baza qiyməti onun dövlət büdcəsində nəzərdə tutulmuş qiyməti ilə eyni səviyyədə - 55 ABŞ dolları götürülüb. Xam neftin qiymətinin baza qiymətindən yüksək olması Fondun aktivlərinin daha çox artmasına şərait yaradır". 

Bu barədə “Report”un sorğusuna cavab olaraq ARDNF-dən bildirilib. 

"Bu il oktyabrın 1-nə ARDNF-nin aktivləri 38 987,7 mln. dollara bərabər olub. Bu rəqəmin ilin sonuna neçə olması xam neftin qiymətindən, eləcə də maliyyə bazarlarındakı volatillikdən asılı olacaq”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, ölkə Prezidentinin fərmanı ilə Fondun 2018-ci il üçün büdcə gəlirləri 15,3 mlrd. manat, büdcə xərcləri isə 11,48 mlrd. manat məbləğində təsdiq edilib.

Son xəbərlər

Orphus sistemi