Bakı. 24 yanvar. REPORT.AZ/ "Bank VTB"nin 2018-ci il üçün dividend ödənişləri mənfəətdən 50% az ola bilər, amma bu Bank üçün tənzimləyici tədbirləri yerinə yetirmək üçün zəruri birdəfəlik qərardır".
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu "Bank VTB"nin İdarə Heyətinin sədri Andrey Kostin deyib.
Onun sözlərinə görə, builki dividendin məbləği yaxın 2-3 həftə ərzində (başqa sözlə, gələn ay) məlum olacaq.
“Biz dividend ödəyəcəyik, lakin
"Bank VTB"nin 2018-ci ildəki mənfəətinin Bankın özünün proqnozlaşdırdığı kimi 170 mlrd. rubldan çox olacağı gözlənilir. Xatırladaq ki, "Bank VTB" 2017-ci ildə 73,5 mlrd. rubl, 2016-cı ildə isə 62,3 mlrd. rubl dividend ödəyib.
Bankın səhmlərinin 60,93%-i Dövlət Əmlakının İdarə Edilməsi üzrə Federal Agentliyinə məxsusdur. Əsas minoritar səhmdarlarından biri isə 2,95%-lə Azərbaycan Dövlət Neft Fondudur (ARDNF).