Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində daşınmaz əmlak aktivlərinin xüsusi çəkisi 5,5%-ə yüksəlib.
"Report" xəbər verir ki, bu barədə məlumat ARDNF-in 2016-cı il 6 aylıq investisiya portfeli hesabatında yer alıb. ARDNF-in 2016-cı ilin yanvarın 1-nə daşınmaz əmlak investisiyasının məcmu portfeldə xüsusi çəkisi 4,6%, ilk rübün sonunda isə 4,9% təşkil edib.
Xatırladaq ki, Azərbaycan Prezidentinin sərənamına əsasən, ARDNF-in portfelində daşınmaz əmlakın xüsusi çəkisi 10%-i keçə bilməz.