ARDNF-in gələnilki xərcləri ilkin proqnoza nisbətən azaldılıb

ARDNF-in gələnilki xərcləri ilkin proqnoza nisbətən azaldılıb Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il üçün gəlir və xərcləri üzrə ilkin proqnozlara dəyişiklik edilib.
Maliyyə
1 Dekabr , 2017 17:13
ARDNF-in gələnilki xərcləri ilkin proqnoza nisbətən azaldılıb

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il üçün gəlir və xərcləri üzrə ilkin proqnozlara dəyişiklik edilib.

"Report" xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü plenar iclasında maliyyə naziri Samir Şərifov məlumat verib.

Onun sözlərinə görə, söhbət Fondun gəlirlərinin 883 mln. manat artırılmasından, xərclərinin isə 1,879 mlrd. manat azaldılmasından gedir. Bununla əlaqədar gələn ilin icmal büdcəsinə də dəyişiklik edilib. 

"2018-ci il üçün icmal büdcənin gəlirləri ilkin proqnoza nisbətən 883 mln. manat çox, xərcləri 1 737 mln. manat az proqnozalaşdırlır, kəsiri 831 mln. manat nəzərdə tutulub. Bu, cari ilin təsdiq olunmuş büdcə kəsiri ilə müqayisədə 6 761 mln. manat və ya 89 % az deməkdir", - deyə nazir bildirib.

Qeyd edək ki, ilkin proqnozda ARDNF-in 2018-ci il üçün büdcəsinin gəlirləri 10 676,4 mln. manat, xərcləri 11 986,5 mln. manat həcmində nəzərdə tutulmuşdu.

Son xəbərlər

Orphus sistemi