ARDNF bu il VTB-dən 19 mln. dollardan çox dividend əldə edib - EKSKLÜZİV

ARDNF bu il VTB-dən 19 mln. dollardan çox dividend əldə edib - EKSKLÜZİV Bakı. 2 noyabr. REPORT.AZ/ Cari il ərzində Azərbaycan Resupblikası Dövlət Neft Fondu (ARDNF) “VTB Bank”a investisiyadan 1 187 041 224 Rusiyarublu (19 132 311 ABŞ dolları) dividend gəliri əldə edib.
Maliyyə
2 Noyabr , 2018 11:24
ARDNF bu il VTB-dən 19 mln. dollardan çox dividend əldə edib - EKSKLÜZİV

Bakı. 2 noyabr. REPORT.AZ/ Cari il ərzində Azərbaycan Resupblikası Dövlət Neft Fondu (ARDNF) “VTB Bank”a investisiyadan 1 187 041 224 Rusiyarublu (19 132 311 ABŞ dolları) dividend gəliri əldə edib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq ARDNF-dən məlumat verilib. 

Fonddan bildirilib ki, ümumilikdə, ARDNF “VTB Bank”a ilkin investisiya tarixindən 30 sentyabr 2018-ci il tarixinədək 2 792 223 305 Rusiya rublu (51 325 253 ABŞ dolları) dividend gəliri əldə edib.

“Nəzərinizə çatdırırıq ki, ARDNF-nin yatırımları uzunmüddətli investisiya strategiyası rəhbər tutulmaqla cari və perspektiv bazar mühiti nəzərə alınaraq həyata keçirilir. Bu əsasda investisiya imkanlarının ətraflı təhlili aparılır və ümumi investisiya portfeli kontekstində investisiya seçimləri dəyərləndirilir. Təbii ki, Rusiya bazarı və eləcə də adıçəkilən banka yatırımlar da bu kontekstdə dəyərləndirilir və hal-hazırda VTB bankına əlavə investisiya qoyuluşu nəzərdə tutulmayıb”, - məlumatda vurğulanıb. 

Son xəbərlər

Orphus sistemi