Yuxarı

“Aqrolizinq”in güzəştlərin tətbiqi üzrə Xüsusi Komissiyasının qərarı ilə yerlərdə fermerlərə sənədlər təqdim olunub

Şamaxıda müxtəlif kənd təsərrüfatı texnikalarına 1 260 105,08 manat məbləğində güzəşt tətbiq edilib

Bakı. 18 may. REPORT.AZ/ Şamaxı şəhərində Ağsu, Şamaxı, Qobustan, İsmayıllı və Kürdəmir rayonlarından olan 110 istifadəçiyə lizinqə verilən 3 493 283 manat məbləğində 213 ədəd, müxtəlif kənd təsərrüfatı texnikalarına 1 260 105,08 manat məbləğində güzəşt tətbiq edilib.

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən bildirir ki, Xüsusi Komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 71 ədəd müxtəlif kənd təsərrüfatı texnikasının istifadəçilərin mülkiyyətinə verilməsi, onların Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınması sənədləri vətəndaşlara təqdim olunub.

Eyni zamanda, “Aqrolizinq”-dən lizinq yolu ilə əldə etdiyi kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20%-ni ödəmiş istifadəçilərə də güzəşt üçün elektron ərizə verilməsi ilə bağlı ASC-nin əməkdaşları tərəfindən xidmət göstərilib. Xüsusi Komissiya Azərbaycanın 59 rayonununda keçirdiyi səyyar iclaslarda 1403 istifadəçiyə lizinq verib, 2742 müxtəlif kənd təsərrüfatı texnikalarına 15 989 945,82 manat məbləğində güzəşt tətbiq edib. Bununla belə, istifadəçilərlə yeni lizinq müqavilələrinin bağlanılması, o cümlədən güzəşt tətbiq edildikdən sonra 815 ədəd müxtəlif kənd təsərrüfatı texnikalarının istifadəçilərin mülkiyyətinə verilməsi, hüquqi sənədlərin yerində vətəndaşlara təqdim edilməsi təmin edilib.

ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslər tərəfindən daxil olan elektron müraciətlər üzrə Xüsusi Komissiyanın qərarına əsasən 5522 istifadəçinin lizinqə götürdüyü kənd təsərrüfatı texnikasına ümumilikdə 64 602 843,59 manat məbləğində güzəşt tətbiq olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi