Yuxarı

“Aqrarkredit” BOKT-nin verdiyi kreditlərin 9%-nin vaxtı keçib

​“Aqrarkredit” BOKT-un verdiyi kreditlərin 9%-nin vaxtı keçib

100% dövlətə məxsus “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) kredit portfeli bu il oktyabrın 1-nə 98,883 milyon manat təşkil edib.

“Report” bu barədə BOKT-yə istinadən xəbər verir.

Məlumata görə, bunun 9,1%-i və yaxud 8,959 milyon manatı vaxtı keçmiş kreditlərdir.

“Aqrarkredit” həyata keçirdiyi kreditləşmənin mənbələrini də açıqlayıb. Beləliklə, BOKT-nin verdiyi kreditlərin 77,833 milyon manatı və yaxud 78,7%-i öz vəsaiti, 16,965 milyon manatı və yaxud 17,15%-i İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun vəsaiti, 3,221 milyon manatı və yaxud 3,25%-i Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin, 864 min manatı və yaxud 0,9%-i Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (IFAD) vəsait olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi