“Aqrarkredit” ABB-nin problemli kreditlərini yığmaq üçün işçilər axtarır

“Aqrarkredit” ABB-nin problemli kreditlərini yığmaq üçün işçilər axtarır BOKT baş ofisinə hüquqşünas vəzifəsinə işə qəbul elan edib
Maliyyə
10 Oktyabr , 2017 12:49
“Aqrarkredit” ABB-nin problemli kreditlərini yığmaq üçün işçilər axtarır

Bakı. 10 oktyabr. REPORT.AZ/ “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı (BOKT) baş ofisinə hüquqşünas vəzifəsinə işə qəbul elan edib.

BOKT-dan “Report”a verilən məlumata görə, işə götürüləcək şəxslər “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən (ABB) qəbul edilmiş problemli kreditlərin yığılması ilə məşğul olacaq.

Namizədlərə qarşı hüquqşünaslıq ixtisası üzrə ali təhsil, Azərbaycanın bank sistemində iş təcrübəsi, mülki və bank qanunvericiliyi üzrə dərin bilik, məhkəmələrlə işləmək bacarığı, digər şəhər və rayonlara ezamiyyətə getmək imkanı kimi tələblər qoyulub.

İşə qəbul zamanı Bakı Dövlət Universiteti və Dövlət İdarəçilik Akademiyasının hüquqşünaslıq fakultəsində təhsil almış tələbələrə üstünlük veriləcək. Əmək haqqı razılaşma yolu ilə müəyyən olunur.

Xatırladaq ki, “Aqrarkredit” ABB-nin problemli aktivlərinin idarə edilməsi ilə məşğuldur. BOKT Bankın səhmlərinin 14,56%-nə nəzarət edir.

Son xəbərlər

Orphus sistemi