"Amrahbank"ın zərəri 77% artıb

"Amrahbank"ın zərəri 77% artıb Bakı. 31 oktyabr. REPORT.AZ/ “Amrahbank” ASC-nin aktivləri illik müqayisədə 12% azalaraq bu il oktyabrın1-nə 207 044 min manat təşkil edib.
Maliyyə
31 Oktyabr , 2018 18:28
Amrahbankın zərəri 77% artıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ “Amrahbank” ASC-nin aktivləri illik müqayisədə 12% azalaraq bu il oktyabrın1-nə 207 044 min manat təşkil edib.

“Report” bu barədə bankın açıqladığı maliyyə hesabatına istinadən xəbər verir.

Hesabat dövründə "Amrahbank"da kreditlər üzrə ehtimal olunan zərərlər üçün ehtiyatlar çıxılmaqla müştərilərə verilmiş kreditlərin və avanslar 9% artaraq 105 830 min manata düşüb.

Son 1 ildə bankın cəmi öhdəlikləri 7% azalaraq 174 800 min manata enib. Öhdəliklərin də 161 498 min manatı depozit portfelinin payına düşüb. 2018-ci il oktyabrın 1-nə bankın nizamnamə kapitalı 39 844 min manat, məcmu kapitalı 24 698 min manat olub.

"Amrahbank" bu ilin yanvar-sentyabr aylarında 10 283 min manat zərər edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76,6% çoxdur. Bu ilin yanvar-sentyabr ayları ərzində bankın faiz gəlirləri 5 976 min manat, faiz xərcləri 8 356 min manat, qeyri-faiz gəlirləri 5 740 min manat, qeyri-faiz xərcləri 789 min manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi