"Amrahbank"ın baş ofisi yeni ünvana köçüb

"Amrahbank"ın baş ofisi yeni ünvana köçüb "Amrahbank"ın bu ilki mənfəəti 5 mln. manatı keçib
Maliyyə
20 Dekabr , 2014 12:47
Amrahbankın baş ofisi yeni ünvana köçüb
Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycanın "Amrahbank" ASC-nin baş ofisi yeni ünvana köçüb. "Report"un məlumatına görə, bundan sonra Bankın baş ofisi paytaxtın Nəsimi rayonu, 657-ci məhəllə, Hüseynqulu Sarabski küçəsi, 45A ünvanında fəaliyyət göstərəcək.

Bankın İdarə Heyətinin üzvü Nəcəf Cəfərli baş ofisin yeni ünvana köçməsinin Bankın fəaliyyətinə, müştərilərə göstərdiyi xidmətin səviyyəsinə, dinamik inkişafına təkan verəcəyini deyib.

Qeyd edək ki, 1993-cü ildə təsis edilmiş "Amrahbank" həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsulları, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir. Hazırda bankın 23 filialı və 1 şöbəsi fəaliyyət göstərir.

Bəhreyn Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən “Amrahbank”ın strateji səhmdarıdır.

Hazırda "Amrahbank"ın aktivləri 167 mln. manat təşkil edir və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40% çoxdur. Bu ilin 11 ayında Bankın mənfəəti 5 mln. manatı keçib. Bankın kapitalı isə artıq cari ilin fevralında Mərkəzi Bankın minimal tələbinə uyğunlaşdırılıb və hazırda 55,5 mln. manatdan çoxdur.

Son xəbərlər

Orphus sistemi