“Amrah Bank”da müvəqqəti təyinat olub

“Amrah Bank”da müvəqqəti təyinat olub “Amrah Bank” ASC-nin İdarə Heyətinin (İH) üzvü Laçın Əliyev müvəqqəti olaraq Bankın İH sədrinin müavini təyin edilib.
Maliyyə
13 Dekabr , 2019 11:49
“Amrah Bank”da müvəqqəti təyinat olub

“Amrah Bank” ASC-nin İdarə Heyətinin (İH) üzvü Laçın Əliyev müvəqqəti olaraq Bankın İH sədrinin müavini təyin edilib.

“Report” bu barədə “Amrah Bank”a istinadən xəbər verir.

Xatırladaq ki, "Amrahbank" 1993-cü ildən fəaliyyət göstərir və Azərbaycanda ərəb kapitallı yeganə bankdır. Onun nizamnamə kapitalı 39,844 milyon manatdır. Bankın səhmlərinin 53,16%-i Yunis Əli oğlu İldırımzadəyə (Müşahidə Şurasının sədri, “Amrah Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) sədri və 85%-lik səhmdarı), 0,33%-i Elza Abbas qızı İldırımzadəyə, 0,33%-i Əmrah Yunis oğlu İldırımzadəyə (“Amrah Sığorta”nın 15%-lik səhmdarı), 0,33%-i Xalid Yunis oğlu İldırımzadəyə, 45,84%-i isə Bəhreyn Beynəlxalq İnvestisiya Bankına məxsusdur.

Son xəbərlər

Orphus sistemi