Yuxarı

AMB: Son dövrdə nağdsız əməliyyatların həcmi artıb

Ölkədəki bankların nağd pula tələbatı 30% azalıb

Bakı. 19 may. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) Biləsuvar Regional Mərkəzi orta hesabla aylıq 10-15 min manat həcmində zədələnmiş pulların dəyişdirilməsi xidməti göstərir. "Report" xəbər verir ki, bunu Biləsuvar Regional Mərkəzin direktoru Nəbi Rüstəmov bildirib.

N.Rüstəmov qeyd edib ki, Mərkəz 17 rayona xidmət göstərir. Bu rayonlarda 85 bank filialı, 2 poçt şöbəsi fəaliyyət göstərir.

Mərkəzin direktoru bildirib ki, regional mərkəzlər inkassasiya ilə məşğul olmur, nağd pulun informasiya idarəetmə sistemi (CMS) mövcuddur ki, banklar nağd pula olan tələbatlarını həmin sistemdə qeyd edir, daha sonra həmin banklar üçün vəsait ayrılır və banklar bu vəsaiti özləri aparır: "Regional Mərkəz zədələnmiş pulların dəyişdirilməsi ilə də məşğuldur. Aylıq orta hesabla təxminən 10-15 min manat həcmində zədələnmiş pulların dəyişdirilməsi xidməti göstərir".

Mərkəz rəhbəri qeyd edib ki, son dövrlər nağdsız pul dövriyyəsi artıb, dövriyyəyə pul buraxılışı 30% azalıb: "Nağd pula tələbat 30% azalıb".

AMB-nin Nağd pul Departamenti nağd pulun idarə edilməsi şöbəsinin rəisi Anar Dadaşov bildirib ki, daimi olaraq hər bir mərkəz qiymətlərin statistikasını da aparır.

Onun sözlərinə görə, hər cümə təyin edilmiş əməkdaşlar istehlak səbətinə daxil olan bütün məhsulların qiymət statistikasını aparırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi