AMB seçdiyi sığorta şirkətləri ilə müqavilə imzalayıb

AMB seçdiyi sığorta şirkətləri ilə müqavilə imzalayıb Tenderin qalibləri “Paşa Sığorta” və “AXA Mbask" elan olunub
Maliyyə
16 Oktyabr , 2017 18:21
AMB seçdiyi sığorta şirkətləri ilə müqavilə imzalayıb

Bakı. 16 oktyabr. REPORT.AZ/  Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta xidmətləri toplusu üzrə elan etdiyi açıq tenderin nəticələrini açıqlayıb.

AMB tərəfindən əsas vəsaitlərin, nağd pulun və nəqliyyat vasitələrinin (CASCO) sığortasından ibarət olan birləşdirilmiş sığorta paketi proqramı üzrə elan edilmiş açıq tenderdə əsas vəsaitlərin və nağd pulun sığortası üzrə “Paşa Sığorta” ASC, nəqliyyat vasitələrinin (CASCO) sığortası üzrə isə “AXA-Mbask" ASC qalib elan edilib.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Qalib şirkətlərlə müvafiq satınalma müqavilələri imzalanıb.

Son xəbərlər

Orphus sistemi