Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının sentyabrın 23-nə rəsmi məzənnəsini 1,6292 AZN/USD səviyyəsində müəyyən edib.
AMB-dən "Report"a verilən məlumata görə, bu, məzənnənin 0,24% geriləməsi deməkdir.
Qeyd edək ki, sentyabrın 21-22-də rəsmi məzənnə 1,6331 AZN/USD səviyyəsində olub.