AMB not satışını davam etdirir

AMB not satışını davam etdirir Noyabrın 16-da qısamüddətli notların yerləşdirilməsi üzrə daha bir hərrac keçiriləcək
Maliyyə
14 Noyabr , 2016 17:05
AMB not satışını davam etdirir

Bakı. 14 noyabr. REPORT.AZ/ Noyabrın 16-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Bu barədə "Report"a BFB-dən bildirilib.

Məlumata görə, hərrac zamanı sifarişlərin toplanması birjanın ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.

Qeyd edər ki, hərraca hər birinin nominal dəyəri 100 manat olan 750 min not çıxarılacaq. Qiymətli kağızların ödəmə tarixi 14 dekabr 2016-cı ildir.

AMB-nin qısamüddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən, hərracda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar hərraca BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə qatıla bilər. Hər bir bank tərəfindən təqdim edilən sifarişlərin ümümi sayı (rəqabətli və qeyri-rəqabətli) 3-dən artıq olmamalıdır. Hərrac zamanı notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

Son xəbərlər

Orphus sistemi