AMB-nin notları ilə bağlı hərracda tələb təklifi 5 dəfə üstələyib

AMB-nin notları ilə bağlı hərracda tələb təklifi 5 dəfə üstələyib Bu gün Bakı Fond Birjasında qurumun qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Maliyyə
17 May , 2017 16:13
AMB-nin notları ilə bağlı hərracda tələb təklifi 5 dəfə üstələyib

Bakı. 17 may. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101056S saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 25 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” xəbər verir ki, hərraca 8 investor 12 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 117 983 500 manat təşkil edib. Başqa sözlə, tələb təklifi 4,7 dəfə üstələyib.

Sifarişlər 98,8848 manat (14,4999%) – 99,0749 manat (12,0052%) qiymətində təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə və orta ölçülmüş qiyməti 99,0749 manat (12,0052%) səviyyəsində AMB tərəfindən müəyyən olunub.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 25 mln. manat məbləğində müəyyən edilib.

Notların ödəmə tarixi 14 iyun 2017-ci ildir.

Son xəbərlər

Orphus sistemi