Yuxarı
    Bağlamaq

    AMB-nin notları ilə bağlı hərracda tələb təklifi 4,6 dəfə üstələyib

    Notların nominal üzrə reallaşdırılmış həcmi 25 mln. manat məbləğində müəyyən edilib© Report

    Bakı. 24 may. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankının 50101156S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi 25 mln. manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

    "Report"un birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı 6 investor tərəfindən 6 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 115 139 900 manat təşkil edib.

    Sifarişlər 99,0749 manat (12,01%)-99,0749 manat (12,01%) qiyməti ilə təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 99,0749 manat (12,01%), ortaölçülmüş qiyməti 99,0749 manat (12.01%) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

    Notların nominal üzrə reallaşdırılmış həcmi 25 mln. manat məbləğində müəyyən edilib.

    Notların ödəmə tarixi 21 iyun 2017-ci ildir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi