AMB-nin istiqraz hərracında tələb təklifi 5 dəfəyə yaxın üstələyib

AMB-nin istiqraz hərracında tələb təklifi 5 dəfəyə yaxın üstələyib İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5 mln. manat təşkil edib
Maliyyə
13 İyun , 2017 18:27
AMB-nin istiqraz hərracında tələb təklifi 5 dəfəyə yaxın üstələyib

Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, 728 gün tədavül müddətli, 5 mln. manat həcmində ortamüddətli dövlət istiqrazlarının (AZ0105005554) yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, hərrac zamanı 7 investor tərəfindən 12 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 23 772 700 manat təşkil edib.

Sifarişlər 96,7244 manat (17,0000%)-101,5908 manat (14,0600%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti emitent tərəfindən 100,8420 manat (14,5000%), ortaölçülmüş qiymət 101,0609 manat (14,3709%) müəyyən edilib.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5 mln. manat təşkil edib. İstiqrazların ödəmə tarixi 11 iyun 2019-cu ildir.

Son xəbərlər

Orphus sistemi