Yuxarı

Elman Rüstəmov: "Məqsədimiz ikirəqəmli inflyasiyanın qarşını almaqdır"

AMB sədri bu ilin sonuna qiymət artımının proqnozlaşdırmağın çətin olduğunu deyib

Bakı. 26 sentyabr. REPORT.AZ/ "Bizim başlıca məqsədimiz ikirəqəmli infliyasıyanın qarşısını almaqdır. Bu günə inflyasiya 11%-dir". 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib. 

Onun sözlərinə görə, bu ilin sonuna qədər ölkədə qiymət artımının nə qədər olacağını proqnozlaşdırmaq çətindir, amma makroiqtisadi sabitlik üçün inflyasiyanın qarşısı maksimum dərəcədə alınmalıdır: "Çox yüksək inflyasiya və devalyasiya iqtisadiyyat üçün ziyandır. Aşağı inflyasiya makroiqtisadi sabitliyin təmin edilməsi üçün zəruridir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi