AMB-nin dövriyyədə olan notlarının həcmi rekord həddə çatıb

AMB-nin dövriyyədə olan notlarının həcmi rekord həddə çatıb Notların orta illik gəlirliliyi 12,39%-dir
Maliyyə
22 İyun , 2017 12:59
AMB-nin dövriyyədə olan notlarının həcmi rekord həddə çatıb
Report

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) dövriyyədə olan notlarının həcmini açıqlayıb.

“Report” AMB-yə istinadən xəbər verir ki, hazırda bu rəqəm 350 mln. manat təşkil edir ki, bu da tarixi rekord olmaqda 2 həftə əvvəlki göstəricidən 2,3 dəfə və yaxud 200 mln. manat çoxdur.

Bu müddətdə notların orta illik gəlirliliyi isə 12,01%-dən 12,39%-ə yüksəlib.

Xatırladaq ki, AMB not emissiyasına 2007-ci ilin əvvəlindən başlayıb. İndiyə qədər qurumun dövriyyədə olan notlarının ən yüksək həcmi 2008-ci ilin yanvar ayında (273,36 mln. manat), ən yüksək gəlirliliyi isə ötən ay (14,98%) qeydə alınıb. 

Son xəbərlər

Orphus sistemi