AMB-nin dövriyyədə olan notlarının həcmi azalıb

AMB-nin dövriyyədə olan notlarının həcmi azalıb Əvəzində, qurumun qiymətli kağızlarının gəlirliliyi artıb
Maliyyə
27 Aprel , 2017 12:15
AMB-nin dövriyyədə olan notlarının həcmi azalıb
Report

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) 2 həftəlik fasilədən sonra dövriyyədə olan notlarının həcmini açıqlayıb.

“Report” AMB-yə istinadən xəbər verir ki, hazırda bu rəqəm 74,68 mln. manat təşkil edir.

Bu isə, aprelin 13-ü ilə müqayisədə 11,61 mln. manat və yaxud 13,5% azdır.

Əvəzində, qurumun qiymətli kağızlarının gəlirliliyi 0,69 faiz bəndi artıb. Hazırda yerləşdirilmiş notlar üzrə illik gəlirlilik 14,58% təşkil edir. Bu göstərici 2 həftə bundan əvvəl 13,89% olub.

Son xəbərlər

Orphus sistemi