Bakı. 9 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 100 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan çox 4,6 dəfə çox-456,3 mln. manat təşkil edib.
Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 100 mln. manat cəlb olunub. Orta ölçülmüş faiz dərəcəsi isə illik 10,01% təşkil edib.