Bakı. 20 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.
AMB-dən "Report"a verilən məlumata görə, hərracda 150 mln. manat vəsaitin cəlb edilməsi nəzərdə tutulsa da, tələb bunun 31,8%-i qədər - 47,7 mln. manat olub. Bu isə fevralın 17-də keçirilmiş hərracla müqayisədə 4,3 dəfə azdır.
Qeyd edək ki, bugünkü hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,87% olub.