AMB bu il depozit hərraclarında 1,27 mlrd. manat cəlb edib

AMB bu il depozit hərraclarında 1,27 mlrd. manat cəlb edib Bunun 1,07 mlrd. manatı ilk iki ayda keçirilmiş 10 depozit hərracında cəlb olunub
Maliyyə
3 Mart , 2017 15:49
AMB bu il depozit hərraclarında 1,27 mlrd. manat cəlb edib

Bakı. 3 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) bu ilin yanvar-fevral aylarında depozit hərraclarında cəlb etdiyi vəsaitin ümumi həcmi 1 mlrd. manatı keçib. Belə ki, hesabat dövründə AMB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş 10 depozit hərracında cəmi 1 069,7 mln. manat cəlb edilib. 

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Bu müddətdə cəmi tələb isə 1 467,15 mln. manat təşkil edib. Keçirilmiş 10 hərracdan 9-da tələb təklifi üstələyib. Qeyd edək ki, 200 mln. manat həcmində vəsaitin cəlb edilməsi nəzərdə tutulan sonuncu hərrac bu gün baş tutub və tələbat 218 mln. manat olub.

Son xəbərlər

Orphus sistemi