AMB kotirovka sorğusu keçirir

AMB kotirovka sorğusu keçirir İddiaçıların təxminən 2 həftə vaxtı var
Maliyyə
2 Mart , 2017 08:58
AMB kotirovka sorğusu keçirir

Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) 1 ədəd çəngəlağız yükqaldıranın və geyim ləvazimatlarının satın alınması kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı yalnız birinci məsələ üzrə 20 manatdır.

İddiaçılar təkliflərini martın 13-nə qədər AMB-nin inzibati binasının yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 90 ünvanına təqdim etməlidirlər. Təkliflərə martın 14-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq. 

Son xəbərlər

Orphus sistemi