AMB: İnflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb

AMB: İnflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb 2017-ci ilin qalan dövründə baza inflyasiyanın azalma tendensiyasına malik olacağı gözlənilir
Maliyyə
1 Avqust , 2017 15:32
AMB: İnflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb

Bakı. 1 avqust. REPORT.AZ/ Aylıq inflyasiya səviyyəsində mövsümi azalmaya və inflyasiya gözləntilərinin nisbətən səngiməsinə baxmayaraq hələ ki, inflyasiya üzərində qısa və orta müddətli risk amilləri tam neytrallaşmayıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir. 

Məlumatda deyilir ki, 2017-ci ilin qalan dövründə baza inflyasiyanın (qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlərin, həmçinin mövsümi xarakter daşıyan məhsulların qiymət və tariflərinin dəyişimi nəzərə alınmadan hesablanan inflyasiya) azalma tendensiyasına malik olacağı gözlənilir. Ümumi inflyasiya səviyyəsinin isə manatın məzənnəsi, inersiya, məcmu daxili tələb, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, qlobal əmtəə bazarlarında meyillər və s. amillərdən asılı olaraq balanslaşacağı ehtimal edilir. 

Rəsmi statistikaya əsasən cari ilin I yarısında orta illik inflyasiya 13,9% təşkil edib. Orta illik əsasda ərzaq qiymətləri 18,1%, qeyri-ərzaq qiymətləri 12,4%, xidmətlər isə 9,4% dəyişib.

Məlumatda bildirilir ki, monetar şərait ikinci rübdə nisbətən yumşalsa da ümumilikdə dövr ərzində neytral olub. İqtisadiyyatın, o cümlədən fiskal sektorun pula olan tələbinə adekvat olaraq pul siyasətinin başlıca əməliyyat hədəfini təşkil edən pul bazası 2017-ci ilin ötən dövründə 6%-dən çox artıb. Bu ödəniş sisteminin sabitliyini təmin etməklə bərabər iqtisadiyyatın kreditləşdirilməsi imkanlarını genişləndirən amildir. Lakin, ilin əvvəlindən bank sektorunun likvid aktivlərinin əhəmiyyətli artımı fonunda real sektorun kreditləşməsi dinamikası bu ekosistemdə əlavə dəstəkləyici tədbirlərə ehtiyacın olduğunu göstərir.

AMB-nin formalaşdırdığı monetar şərait iqtisadiyyatda yığımların stimullaşdırılması ilə istehsalın balanslı artımını tarazlaşdırmaqla mövcud inflyasiya risklərinin məhdudlaşdırılmasına yönəldilib. 

Son xəbərlər

Orphus sistemi