Yuxarı
    Bağlamaq

    AMB hərraca çıxardığı notların cəmi 7%-ni satıb

    Qurumun qiymətli kağızlarına cəmi 1 investordan 1 sifariş olub

    Bakı. 23 noyabr. REPORT.AZ/ Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100452S nömrəsi ilə saylı dövlət qeydiyyatından keçmiş, ümumi həcmi 75 mln. manat, hər birinin nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. 

    Bu barədə "Report"a BFB-dən bildirilib.

    Məlumata görə, hərraca 1 investor 1 sifariş təqdim edib. Sifarişin nominal üzrə ümumi məbləği 5 058 300 manat olub ki, bu da AMB-nin satmaq istədiyi notların cəmi 6,74%-dir. Sifariş 98,8472 manat (14,9946%) qiymətində təqdim edilib. Elə notların sifariş üzrə kəsmə qiyməti və orta ölçülmüş qiyməti də bu qədər olmaqla AMB tərəfindən müəyyən olunub.

    Bağlanılmış əqdlər üzrə hesablaşmalar bu gün həyata keçirilib. Notların nominal üzrə reallaşdırılmış həcmi 5 058 300 manat məbləğində müəyyən edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi