AMB depozit hərracında 200 mln. manat cəlb edib

AMB depozit hərracında 200 mln. manat cəlb edib Hərracda tələb təklifi 3 dəfədən çox üstələyib
Maliyyə
16 Oktyabr , 2017 11:45
AMB depozit hərracında 200 mln. manat cəlb edib
Report

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

“Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 200 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan çox 3,2 dəfə çox- 636,1 mln. manat təşkil edib.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 200 mln. manat cəlb olunub. Orta ölçülmüş faiz dərəcəsi isə illik 10,01% təşkil edib.

Son xəbərlər

Orphus sistemi