Yuxarı
    Bağlamaq

    AMB depozit hərracında 150 mln. manat cəlb edib

    Hərracda bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib© Report

    Bakı. 7 avqust. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib. 

    “Report” AMB-yə istinadən xəbər verir ki, hərracda 150 mln. manatın cəlb edilməsi nəzərdə tutulsa da, tələb bundan 3,37 dəfə çox - 504,8 mln. manat təşkil edib.

    Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 150 mln. manat cəlb olunub. Orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi