Hazırda nəqliyyat sistemində ödənişlərin bank kartları vasitəsilə həyata keçirilməsi üçün Azərbaycanda olan müvafiq qurumlarla danışıqlar aparılır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov deyib.
F.Osmanovun sözlərinə görə, bu sistemin 2020-ci ilin sonuna qədər işə düşməsi mümkündür: "2018-2020-ci illərdə ödəniş sistemlərinin genişləndirilməsi və təşviqi üzrə Dövlət Proqramı" çərçivəsində “