AMB bu ay depozit hərracında 1,4 mlrd. manat cəlb edib

AMB bu ay depozit hərracında 1,4 mlrd. manat cəlb edib Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərraclarında iyun ayında 1,4 mlrd. manat cəlb edib.
Maliyyə
25 İyun , 2018 14:55
AMB bu ay depozit hərracında 1,4 mlrd. manat cəlb edib
Report
0 : 00
0 : 00

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərraclarında iyun ayında 1,4 mlrd. manat cəlb edib.

“Report” quruma istinadən xəbər verir ki, ay ərzində cəmi dörd hərrac keçirilib və hər hərracda eyni məbləğdə vəsait (350 mln. manat) cəlb olunub. 

Hər bir hərracda tələb təklifi üstələyib və hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil edib. 

Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib. Hərracda tələb təklifdən 2,3 dəfə çox – 812,3 mln. manat olub. 20 iyunda keçirilmiş hərracda isə tələb 843,8 mln. manat, 11 iyunda 803,1 mln.manat, 4 iyunda 848,0 mln. manat olub.

Son xəbərlər

Orphus sistemi