AMB: Azərbaycanda qiymətlərin uyğunlaşması prosesi ləng gedir

AMB: Azərbaycanda qiymətlərin uyğunlaşması prosesi ləng gedir Elman Rüstəmov: "Manatın ucuzlaşma ehtimalı ilə bağlı fikirlər məni təəccübləndirib"
Maliyyə
19 Sentyabr , 2017 14:54
AMB: Azərbaycanda qiymətlərin uyğunlaşması prosesi ləng gedir
Elman Rüstəmov

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Azərbaycanda qiymətlərin adaptasiyası prosesi çox gec gedir". 

"Report"un verdiyi xəbərə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

"Qiymətlərin adaptasiyası müxtəlif amillərdən asılıdır. Əsasən, monetar xarakterli olmayan, daha çox xarici amillərdən asılıdır. Qiymətlərin düşməməsinə əsas səbəb idxal inflyasiyası, ərzaq inflyasiyası və s. amillərdir. Bu həmçinin psixoloji amillər, insanların gözləntiləri ilə bağlıdır. Bizim keçirdiyimiz iqtisadi transformasiyadan sonra gözləntilərin qısa müddətdə dəyişməsi çətindir", - deyə AMB sədri əlavə edib.

"Mən manatın yaxın gələcəkdə ucuzlaşması ilə bağlı fikirləri eşitdikdə çox təəccübləndim. Əlbəttə ki, bu gözləntidir", - deyə E.Rüstəmov sözlərinə davam edib.

Son xəbərlər

Orphus sistemi