Yuxarı

​AMB: Azərbaycanda inflyasiya məqbul səviyyədə qalıb

Bakıda Azərbaycanın yeni iqtisadi əməkdaşlıq imkanları mövzusunda konfrans keçirilib

Bakı.14 may. REPORT.AZ/ Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "G20: Türkiyənin sədrliyinin prioritetləri və Azərbaycanın yeni iqtisadi əməkdaşlıq imkanları" mövzusunda elmi-ptaktiki konfrans keçirilib.

"Report"un verdiyi xəbərə görə, konfransda çıxış edən ADİU-nun rektoru Ədalət Muradov bildirib ki, Azərbaycanın iqtisadi inkişafın proqramlaşdırması, investisiyaların cəlb olunması baxımından təcrübəsi G20 ölkələri üçün maraqlı ola bilər: "Azərbaycan böyük investorların marağını özünə cəlb edə bilib. Bunu müstəqillik illərində ölkəyə sərmayə qoyuluşunun həcmində də aydın görmək olar. Azərbaycanda yaradılmış iqtisadi model investorların maraqlarına xidmət edir. Azərbaycan təcrübəsinin G20 ölkələri üçün maraqlı olduğunu düşünürəm".

Azərbaycan Maliyyə Nazirliyi Dövlət borcunun idarə edilməsi Agentliyinin direktoru Razim Vəliyev qeyd edib ki, dünya bazarında neftin qiymətinin enməsi fonunda qeyri-neft sektorunun inkişaf etdirilməsi hökumətin iqtisadi siyasət prioritetlərindən biridir.

Mərkəzi Bankın Pul siyasəti Departamentinin direktoru Azər Ələsgərov da çıxışında
bildirib ki, dünya ticarətində azalma müşahidə edilir və bu, Azərbaycandan da yan keçməyib.
Birinci rübdə Azərbaycanın xarici ticarət dövriyyəsi 19%, ixrac 37% azalıb. "Bu azalma neft məhsulları üzrə olub. Ticarət dövriyyəsində azalma ilə yanaşı ölkəyə gələn pul baratlarının həcmində də azalma qeydə alınıb. Devalvasiya ilə əlaqədar xarici valyutaya tələb artıb, valyuta bazarında dövriyyənin həcmi, avro, dollar əməliyyatları artıb. Əhaliyə satılan nağd valyutanın həcmi 2,6 dəfədən çox artıb".

Departament rəhbəri əlavə edib ki, fevralda aparılan milli valyutanın devalvasiyasına baxmayaraq, ölkədə inflyasiya məqbul səviyyədə qalıb. Onun sözlərinə görə, devalvasiya son illər müşahidə olunan manatın möhkəmlənməsini neytrallaşdıra bilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi