Almaniya kanslerinin açıqlaması avronu kəskin ucuzlaşdırıb

Almaniya kanslerinin açıqlaması avronu kəskin ucuzlaşdırıb Bakı. 29 oktyabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi partiyanın liderliyinə təkrar namizəd olmayacağı barədə açıqlaması qlobal maliyyə bazarında avronun ucuzlaşması ilə nəticələnib.
Maliyyə
29 Oktyabr , 2018 16:28
Almaniya kanslerinin açıqlaması avronu kəskin ucuzlaşdırıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Almaniya kansleri Angela Merkelin rəhbərlik etdiyi partiyanın liderliyinə təkrar namizəd olmayacağı barədə açıqlaması qlobal maliyyə bazarında avronun ucuzlaşması ilə nəticələnib. 

"Report" türk mətbuatına istinadən xəbər verir ki, USD/EUR nisbəti bu ay ilk dəfə olaraq 1,1369-a düşüb. 

Maraqlıdır ki, ABŞ dolları türk lirəsi qarşısında da ucuzlaşıb. TRY/USD nisbəti ötən həftəni 5,62 səviyyəsində yekunlaşdırıb. Halbuki, Türkiyə Mərkəzi Bankının 25 oktyabr tarixli faiz qərarından sonra qonşu ölkədə 1 dollar 5,65 lirəyə bərabər olub. Qeyd edək ki, bu həftənin sonuna qədər qurumun 2018-ci ilin 4-cü inflyasiya hesabatını açıqlayacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi