Yuxarı

​Almaniya "Deutsche Bank"ı Rusiya bazarını tərk edir

Bank 23 min işçisini ixtisar edəcəyini bildirib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Almaniya "Deutsche Bank"ı 23 min işçisini ixtisar edəcəyini və Rusiyadakı fəaliyyətini dayandıracağını bildirib.

"Report"un "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, Almaniyanın ən böyük bankı ixtisar etməyi planlaşdırdığı işçilər əsasən texnologiya əməliyyatları həyata keçirənlər və törəmə qurum olan "Post Bank"ın əməkdaşlarıdır. Bununla da "Deutsche Bank" işçilərin 25%-ni ixtisar etmiş olacaq.

Bankın Rusiyadakı fəaliyyəti, bankçılıq xaricində olan qlobal əməliyyatlar tamamilə dayandırılacaq. Həmçinin, "Deutsche Bank" digər ölkələrdə də fəaliyyətinə son verəcək. Lakin bu ölkələr barədə hələ dəqiq məlumat yoxdur.

Qeyd edək ki, keçən həftə "Deutsche Bank"ın Rusiya filialının direktoru Yorq Bonqarts (Joerg Bongartz) istefa verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi