Yuxarı
    Bağlamaq

    Aliyə Əzimova: "IFC və SECO Azərbaycanda yeni layihə həyata keçirməyi planlaşdırır"

    Azərbaycanda beynəlxalq təşkilatlarla tərəfdaşlıqda aqrar sığortanın tətbiqinə dair iş aparılır
    © Report/ Firi Salim

    Bakı. 19 sentyabr. REPORT.AZ/ Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) ilə birlikdə Azərbaycanda yeni layihə həyata keçirməyi planlaşdırır.

    “Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında IFC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aliyə Əzimova bildirib.

    “Yaxın vaxtlarda Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması, yerli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin artırılması, biznesin tənzimlənməsinin sadələşdirilməsi ilə bağlı layihənin reallaşdırılmasına başlanması nəzərdə tutulub. Bu layihə çərçivəsində Azərbaycan hökumətinə texniki dəstək göstəriləcək”, - deyə o qeyd edib.

    IFC rəsmisi onu da deyib ki, hazırda Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatası və Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə ölkədə aqrar sığortanın tətbiqinə dair iş aparılır: “Kənd təsərrüfatında sığorta ilə bağlı qanunvericilik, institusional bazanın formalaşdırılması, mümkün risklərin qiymətləndirilməsi, aqrar sığorta məhsullarının hazırlanması istiqamətində çalışmalar var. Söhbət bu sahəni kurasiya edəcək institutun yaradılmasından gedir. Bu, sığorta şirkətlərini özündə birləşdirəcək fond və yaxud agentlik ola bilər. Aqrar sığorta ilə bağlı müxtəlif ölkələrin fərqli modelləri var. Azərbaycan hələ ki, Türkiyədəki “Tarsim” modelinə üstünlük verir. Ümid edirəm ki, tezliklə Azərbaycana uyğun aqrar sığorta modelini tapa biləcəyik”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi