​AIIB-in 2016-cı il üçün büdcəsi təsdiqlənib

​AIIB-in 2016-cı il üçün büdcəsi təsdiqlənib Bu ilin ortalarına qədər 2017-ci ilin Biznes Planı və büdcəsi də təsdiq olunacaq
Maliyyə
27 Fevral , 2016 14:50
​AIIB-in 2016-cı il üçün büdcəsi təsdiqlənib

Bakı. 27 fevral. REPORT.AZ/ Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) 2016-cı il üçün Biznes Plan və büdcəsini təsdiq edib. "Report"un Bankdan əldə etdiyi məlumata görə, sənədlər artıq Direktorlar Şurası tərəfindən təsdiqlənib.

Biznes Planda bu il üçün strateji və institusional prioritetlər müəyyən edilib, administrativ büdcə xərcləri 52,4 mln. ABŞ dolları, kapital büdcəsi isə 7,5 mln. dollar müəyyən edilib.

Bank İdar Heyətinə yüksək ixtisaslı kadrların gətirilməsində, müştərilərin yüksək keyfiyyətli xidmətlərin göstərilməsində maraqlı olduğunu açıqlayıb.

Məlumata görə, bu ilin ortalarına qədər 2017-ci ilin Biznes Planı və büdcəsi də təsdiq ediləcək.

Qeyd edək ki, AIIB-in "Star-up" büdcəsi ilk dəfə 2015-ci ilin avqustun 24-25-də Tbilisidə keçirilən "VI Baş sözçülərin görüşü"ndə (Chief Negatiators Meeting) 8,3 mln. dollar səviyyəsində təsdiq olunub. Fevralın 1-dən etibarən isə 2016-cı ilin büdcəsinə əlavə edilib.

Son xəbərlər

Orphus sistemi