AİF-in 10 mln. manatlıq istiqrazları dövlət qeydiyyatına alınıb

AİF-in 10 mln. manatlıq istiqrazları dövlət qeydiyyatına alınıb Qiytmətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək
Maliyyə
24 Yanvar , 2017 11:27
AİF-in 10 mln. manatlıq istiqrazları dövlət qeydiyyatına alınıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası “Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) istiqraz emissiyasını (AZ2010008681) dövlət qeydiyyatına alıb. Bu barədə “Report”a Palatadan bildirilib.

Məlumata görə, emissiya hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd faizli, təmin edilmiş istiqrazın buraxılışını nəzərdə tutur.

Qiytmətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək. İstiqrazların illik gəlirliliyi 3%, tədavül müddəti 3 600 gündür.

Son xəbərlər

Orphus sistemi