Yuxarı
    Bağlamaq

    AIIB TANAP-a 600 milyon dollar kredit ayırıb

    Bu Bankın Dünya Bankı Qrupu ilə maliyyələşdirdiyi multi-maliyyələşmənin bir hissəsidir

    Bakı. 21 dekabr. REPORT.AZ/ Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) Direktorlar Şurası Trans Anadolu Boru Kəməri (TANAP) layihəsinin inşası üçün 600 milyon ABŞ dollar kreditin ayrılması ilə bağlı qərar qəbul edib.

    "Report"un AIIB-in mətbuat xidmətindən əldə etdiyi məlumata görə, bu Bankın Dünya Bankı Qrupu ilə maliyyələşdirdiyi multi-maliyyələşmənin bir hissəsidir.

    Direktorlar Şurasının bu gün keçirilən iclasında TANAP da daxil olmaqla ümumilikdə 9 layihəyə 1,73 mlrd. dollar kredit ayrılıb.

    AIIB-in vitse-prezidenti və investisiyalar üzrə baş meneceri Dj Pandian deyib ki, TANAP enerji bazarında əsas oyunçuların aktivliyini artıracaq:

    "TANAP Asiya ilə Avropa arasında enerji infrastrukturunun möhkəmlənməsinə, Azərbaycanın iqtisadi gücünün daha da artmasına təsir edəcək. Hansı ki, Azərbaycan Türkiyənin və bir sıra Cənubi Avropa ölkələrinin enerji təhlükəsizliyində əsas rol oynayır".

    Qeyd edək ki, ötən gün Dünya Bankının da Direktorlar Şurası TANAP-a 800 mln. dollarlıq kredit almaqla bağlı qərar qəbul edilib. Qərara görə, həmin vəsaitin 400 mln. dollarlıq hissəsini Azərbaycan dövlətinin zəmanəti ilə "Cənub Qaz Dəhlizi" (SGC) QSC, digər hissəsini isə Türkiyə dövlətinin zəmanəti ilə BOTAŞ şirkəti əldə edib.

    Xatırladaq ki, TANAP ümumi uzunluğu 3500 km olana Cənub Qaz Dəhlizi layihəsinin 1850 km hissəsini yaxud 53%-ni təşkil edir. Plana görə, "Şahdəniz" qazı TANAP vasitəsi ilə 2019-cu ildə Türkiyəyə, 2020-ci idlə isə Trans Adriatik Boru Kəməri (TAP) Avropaya çatdırılacaq. İlkin mərhələdə illik 16 mlrd. kubmetr qazın SGC vasitəsi ilə ötürülməsi nəzərdə tutulur ki, onun 10 mlrd. kubmetri Türkiyənin, 6 mlrd. kubmetri isı Avropa ölkələrinin tələbatını ödəyəcək.

    Ümumi dəyəri 9 mlrd. ABŞ dolları civarında olan TANAP-da Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 58%, BOTAŞ 30%, BP isə 12% paya sahibdir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi