Yuxarı
    Bağlamaq

    AİF internet provayderi seçir

    Fond bu məqsədlə tender elan edib

    Bakı. 17 fevral. REPORT.AZ/ "Azərbaycan İpoteka Fondu" ASC (AİF) kompüter şəbəkəsinin internet şəbəkəsinə çıxışının təminatı üçün provayder xidmətlərinin satın alınması üzrə tender elan edib.

    “Report” AİF-ə istinadən xəbər verir ki, tenderdə iştirak haqqı 50 manatdır.

    Xidmətin icra müddəti 3 ildir. İddiaçılar ilkin sənədləri martın 7-nə qədər, tender təkliflərini isə martın 28-nə qədər Cəmiyyətin Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Telefon: (012) 441-24-23 ( Daxili 188);

    Təkliflərə martın 29-da, saat 15:00-da sözügedən ünvanda baxılacaq. Tender prosedurunda İddiaçıların səlahiyyətli nümayəndələri də iştirak edə bilərlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi